Ana Sayfa > Cəmiyyət > Bakının mərkəzində törədilmiş müəmmalı qətldə qadın əli

Bakının mərkəzində törədilmiş müəmmalı qətldə qadın əli


27-04-2016, 14:21. Yazar: admin



Bakının mərkəzində törədilmiş qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aia.az DİN-ə istinadən bildirir ki, aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyidi tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulublar.

Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.
Geri dön