Ana Sayfa > Media > Füzulidə satışı qadağan olunan dərmanlar apteklərdə satılır..?

Füzulidə satışı qadağan olunan dərmanlar apteklərdə satılır..?


16-07-2021, 15:05. Yazar: sevinc1
Füzulidə satışı qadağan olunan dərmanlar apteklərdə satılır..?


Redaksiyamıza videoformatda müraciət edən Füzuli rayon sakini, Füzuli şəhəri, Vidadi küçəsi, ev 11 ünvanında yaşayan vətəndaş Əsədov Elçin Oktay oğlu aztəminatlı ailələrə dövlət yardımı xətti ilə xəstəxanalara pulsuz paylanan və satışı qadağan olunan dərman vasitələrinin rayonun apteklərində satışa çıxarıldığını iddia edir. Bakıda ayağından əməliyyat olunduğunu deyən Elçin Əsədov bildirir ki, aztəminatlı olduğundan bu gün rayonda müalicəsini davam etdirə bilmir. Videogörüntüdə bir neçə dərman preparatını nümayiş etdirən şikayətçi həmin dərmanları aptekdən pulla aldığını söyləyir. Məsələyə Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin müdaxilə etmələrinin zəruri olduğunu vurğulayan Elçin Əsədov onun videomüraciətini yayımlamağımızı xahiş edir.

Məsələyə aidiyyatı olan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

AİA.Az


Geri dön