Ana Sayfa > Manşet / Parlament > Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu
Ermənistan silahlı qüvvələri növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu16-07-2021, 14:07. Yazar: sevinc1 |
![]() İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə aia.az-a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib. Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur. Düşmən cavab atəşi ilə susdurulub. aia.az Geri dön |