Ana Sayfa > Karusel / Gündəm > Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub
Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub15-07-2021, 18:07. Yazar: sevinc1 |
![]() Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun ev dustaqlığı ləğv olunub. Bunu Trend-ə açıqlamasında Tofiq Yaqublunun vəkili Aqil Layıc deyib. O bildirib ki, Tofiq Yaqublu 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb. Qeyd edək ki, 2020-ci il sentyabrın 3-də Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 18-də isə məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. aia.az Geri dön |