Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > ""Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur" -
""Delta" ştammına qarşı yeni mübarizə üsulu yoxdur" -15-07-2021, 12:21. Yazar: sevinc1 |
“Artıq Azərbaycanda “Delta” ştammının olması təsdiqləndi. Hər kəs bu variantın ölkəyə gələcəyini onsuz da bilirdi”. “Report” xəbər verir ki, bunu Bərdədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. ÜST rəsmisi bildirib ki, bu variantın özəlliyi daha sürətlə yayılmasıdır: “Buna görə də çox sayda insan xəstələnə bilir. Yeni varianta qarşı yeni mübarizə üsulu yoxdur. Tələblər eynidir. Mütləq şəkildə peyvənd vurdurmaq lazımdır. Azərbaycan hökumətinin vətəndaşlara vurdurulması üçün təqdim etdiyi peyvəndlərdən birini istifadə etmək məsləhətdir. Digər tərəfdən də gigiyenik qaydalara əməl etmək şərtdir”. Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub. aia.az Geri dön |