Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > ÜST:

ÜST:


15-07-2021, 09:55. Yazar: sevinc1
ÜST:


Ötən həftə dünyada koronavirusa təxminən 3 milyon yoluxma və 55 mindən çox ölüm qeydə alınıb.

TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

Bildirilir ki, əvvəlki yeddi günlə müqayisədə yoluxma 10 faiz, ölüm nisbəti isə 3 faiz artıb.

Bir həftə ərzində ən çox yoluxma Braziliyada (333 030) qeydə alınıb. Siyahını Hindistan (291 789), İndoneziya (243 119), Böyük Britaniya (210 277) və Kolumbiya (174 320) davam edir.

Yoluxma bir həftə ərzində Şimali və Cənubi Amerikada azalıb (3 faiz).

Ancaq Şərqi Aralıq dənizində (25 faiz), Avropada (20 faiz), Cənub-Şərqi Asiyada (16 faiz), Qərbi Sakit Okean bölgəsində (15 faiz) və Afrikada (5 faiz) artım qeydə alınıb.

Ölüm nisbətləri Afrikada (50 faiz) və Cənub-Şərqi Asiyada (26 faiz) artıb.

Amerika qitəsində ölüm sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb (11 faiz).

Avropada yeddi gündə 653 mindən çox insan yoluxub və təxminən yeddi mindən çoxu ölüb.

Cənub-Şərqi Asiyada həkimlər 712 mindən çox yoluxma aşkar ediblər, 14 mindən çox insan ölüb.

Həmçinin o da vurğulanıb ki, koronavirusun yüksək yoluxucu “delta ştammı” 6-13 iyul tarixləri arasında öz coğrafiyasını 104-dən 111 ölkəyə qədər genişləndirib.

aia.az
Geri dön