Ana Sayfa > Media > YAP Göygöl rayon təşkilatı "Azərbaycan tarixinin şərəf günü" mövzusunda tədbir keçirib
YAP Göygöl rayon təşkilatı "Azərbaycan tarixinin şərəf günü" mövzusunda tədbir keçirib14-07-2021, 17:31. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan tarixinin şərəf günü” mövzusunda tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov tədbirdə çıxış edərək bildirib ki, hər bir xalqın müqəddəratında müdrik və cəsarətli rəhbərin rolu böyükdür: “Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdən idi. Hələ sovet dönəmində ölkəmizə rəhbərlik etdiyi 1969–1982-ci illərdə azərbaycançılıq ideologiyasını əsas milli-siyasi konsepsiyaya çevirməyə nail olan unudulmaz dahi şəxsiyyət totalitar rejimin sərt tələblərinə baxmayaraq, Azərbaycanda güclü sosial ədaləti və demokratik düşüncə tərzini bərqərar etməyə çalışıb, misilsiz uzaqgörənliklə bizi gələcək müstəqillik dövrünə hazırlayıb”. Z.Hüseynovun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev 1987-ci ildə tutduğu böyük vəzifədən istefa verdikdən sonra yenidən fəal siyasətə qayıtmaq fikri olmasa da, Azərbaycanın başına gətirilənlərə biganə qala bilməyib: “20 Yanvar faciəsi isə Ümummilli Lideri haqq səsini ucaltmağa vadar edib. Özünün və ailəsinin həyatını təhlükəyə ataraq, heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, respublikamızda qanlı faciə törətmiş Sovet İttifaqı rəhbərliyini kəskin şəkildə ittiham edib və sevimli xalqının yanında olduğunu bildirib. Sonra doğma Azərbaycanına üz tutan Ulu Öndər doğulub boya-başa çatdığı Naxçıvanda Ali Sovetin sədri seçilərək qədim diyarı erməni təcavüzündən qoruyub. Doxsanıncı illərin əvvəllərində təkcə Naxçıvanı müdafiə etməklə kifayətlənməyən Ulu Öndər eyni zamanda, Azərbaycanda müstəqilliyin bərpa olunması üçün mühüm addımlar atıb”. YAP Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatınnin sədri Mahir Hacıyev tədbirdə çıxış edərək bildirib ki, hələ SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Ulu Öndərin sədrliyi ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyasında azadlıq ideyalarına sədaqət nümayiş etdirilib və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı orada dövlət rəmzi elan olunub: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti əsasında Azərbaycan Respublikasının Ali Soveti 5 fevral 1991-ci ildə həmin bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edib”. M.Hacıyevin sözlərinə görə, 1991-ci ildə müstəqillik əldə olunsa da, Azərbaycan çətin duruma düşmüş, hətta suverenliyinin itirilməsi təhlükəsi ilə üzləşmişdi: “Belə bir çətin vaxtda, 1992-ci ildə Azərbaycanın 91 nəfər tanınmış ziyalısı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun siyasi hakimiyyətə qayıdışı zərurətini əsaslandıran müraciətə imza atdı. Xalq Azərbaycanı bu vəziyyətdən çıxara biləcək yeganə insana, hərtərəfli potensiallı və cəsarətli müdrik şəxsiyyətə sığındı. 1993-cü ilin ilk yarısında isə ölkədə vəziyyət daha da gərginləşdi. İyunun 4-də Gəncədə toqquşma baş verdi. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı. İyunun 8-də Gəncə hadisələri ilə bağlı ölkədə böhran yetərincə dərinləşdi. Bu çətin şəraitdə yeganə çıxış yolu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Bakıya gəlməsi və xalqı bu bəladan qurtarması idi. İyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Xalqın təkidli tələbini cavabsız qoymayan böyük şəxsiyyət Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, cəsarətlə irəli durdu və bir qrup jurnalistlə Gəncəyə gedərək, real vəziyyətlə yerində tanış olmaq qərarını verdi. Beləliklə, bu səfər ölkəmizi ağır faciələrdən xilas etdi. Sözün əsl mənasında, tarix yazan dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq möhtəşəm qurtuluş missiyasını yerinə yetirdi. Gəncə səfərindən iki gün sonra – 1993-cü il iyunun 15-də isə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi xalqın Ümummilli Liderin xilaskarlıq missiyasına inamının nəticəsi idi”. Daha sonra çıxış edən,YAP Göygöl rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi Aygün Həsənova, Gənclər Birliyinin İdrarə Heyətinin üzvü, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ərazi ilk partiya təşkilatının sədr müavini Fərid Dünyamalıyev və YAP fəalı Aysul Məmmədova qeyd ediblər ki, müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bildirilib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Natiqlər vurğulayıblar ki, ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. aia.az Geri dön |