Ana Sayfa > Siyasət > Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq -

Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq -


14-07-2021, 14:26. Yazar: sevinc1
Ermənistanın bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq -

14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə bildirilib ki, son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir.

aia.az
Geri dön