Ana Sayfa > Seçilənlər-5 > Qanuni oğru”ların Rusiyadakı savaşı Bakıya sıçradı

Qanuni oğru”ların Rusiyadakı savaşı Bakıya sıçradı


27-04-2016, 13:02. Yazar: admin
Qanuni oğru”ların Rusiyadakı savaşı Bakıya sıçradı
“Lənkəranski” ilə 18 ildir həbsdə olan “Quli” arasında münaqişə “Bulaq”dan başlamayıb, amma...

Aprelin 25-də axşam saatlarından başlayaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) paytaxt polisinin ərazi bölmələri ilə birgə Bakının əksər rayonlarında cinayət aləmi ilə əlaqələri olduğu iddia edilən şəxslərə qarşı irimiqyaslı əməliyyat keçirərək, 50-dən çox adamı həbs edib, xeyli miqdarda odlu silah və partladıcı maddə ələ keçiriblər.

“Bulaq” da nə baş verib?
Məlumata görə, DİN-in müvafiq strukturlarının paytaxtda belə qəfil irimiqyaslı əməliyyat keçirməsinə səbəb bir neçə gün əvvəl - aprelin 21-də Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən “Bulaq” restoranında baş vermiş atışmadan sonra iki cinayətkar qruplaşma - “Lotu Quli” ilə “Lənkəranski” tərəfdarları arasında gərginləşən münasibətlər olub.

Bildirilir ki, polis “Bulaq” restoranındakı atışmanın səbəblərini araşdırarkən, bunun “Quli” ilə “Lənkəranski” tərəfdarları arasında növbəti “kriminal razborka” olduğunu müəyyənləşdirib, daha sonra isə əməliyyat-istintaq yolu ilə hər iki qruplaşmanın paytaxtdakı əlaqələrini, əhatə çevrəsini, toplanış məntəqələrini, eləcə də yaxın gələcək üçün planlarını öyrənə bilib...
Elə bu məlumatlar əsasında da aprelin 25-dən axşam saatlarından başlayaraq, paytaxtın bir neçə rayonunun ərazisində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda qəfil əməliyyat tədbirləri həyata keçirilərək, 50-dən yuxarı şəxs həbs edilib.

Hazırda əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi, həbs olunanların çevrəsinin genişlənəcəyi və hər iki qruplaşma ilə cinayət əlaqəsi olan daha bir neçə şəxsin də saxlanılacağı gözlənilir. Bildirildiyinə görə, saxlanılan şəxslərin bəziləri uzun müddətdir ki, Bakıda “cinayət aləminin təmsilçisi” kimi müxtəlif iş adamlarından, obyektlərdən xərac toplayırmışlar.

Qeyd edək ki, hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və B.Rəfiyev tutulub. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.




Saytın iddialarının nə qədər doğru olduğunu demək çətindir. Çünki hələ ki hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbləri barədə rəsmi xəbər yaymayıblar. Amma bu atışmadan sonra həbslərin miqyasının böyüməsi bu versiyanın həqiqət yükünü artırır. Üstəlik, heç kimə sirr deyil ki, iki “qanuni oğru” arasında illərdir ki, münaqişə davam edir, bu da həm həbsxanada, həm də azadlıqda tez-tez qanlı “razborka”lara səbəb olur.

Bayıl həbsxanasından başlayan münaqişə

Nadir Səlifov (“Quli”) 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.
“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilir ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir. “Quli” 18 ildir ki, Bakıda həbsxanada cəza çəkir. 11 ildir ki, 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində “odinoçka” - yəni təkadamlıq kamerada saxlanılır. Bu cəzaçəkmə müəssisəsi təkrar cinayət törədən şəxslər - residivistlər üçün nəzərdə tutulub. Amma fakt odur ki, “Quli” residivist deyil.

Onu Azərbaycanın ən titullu “qanuni oğru”su kimi qəbul edənlər də var, onun titulunu tanımayanlar da. Məlumatlara görə, “Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem illər öncə indi tarix olan Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş”- “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb.

İllərdir ki, “Quli”ni “oğru” hesab etməyənlər məhz onun “böyük qardaşa” əl qaldırmasını bağışlamırlar. 2009-cu ildə Hikmətin qətlini də “Quli”nin sifarişi hesab edənlər var. “Quli”ni “oğru” hesab etməyənlər bir neçə il əvvəl, hələ “Sabirabadlı Hikmət” sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər “zon”larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox “qanuni oğru”lar (“Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” və sair...) da olub.

“Quli” və tərəfdarları təbii ki, indi də qüvvəsini itirməyən bu qərarı qəbul etmir və onların da öz arqumentləri var. Çünki kriminal aləmdə bu cür mühüm məsələnin müzakirəsində ittiham edilən tərəf, yəni “Quli”nin də iştirak etməsi və “oğru” adının hansı səbəbdən ondan alınması izah olunması və özünü müdafiə etməyə şərait yaradılması vacibdir.

Daha bir maraqlı fakt. Son günlər Rusiyada “Lənkəranski” tərəfdarlarından həbs edilənlərlə bağlı xəbərlər də artıb. Belə ki, bir neçə gün əvvəl Rusiyanın Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı Mail Əliyev adlı azərbaycanlı saxlanılıb. Rusiya televiziyaları M. Əliyevin üzərindən 4,5 milyon rubl (təxminən 105 min manat) pul götürüldüyünü və bu pulların “Lənkəranski” tərəfdarlarına məxsus olmasını iddia edib. Hətta televiziyalarda saxlanılan şəxsə aid olduğu deyilən cib dəftərçəsində “Rövşən Lənkəranski”nin adı və telefon nömrəsi görüntülənib.

Rusiyada cinayət aləminə qarşı əməliyyatların indi Bakıda da başlaması təsadüfdürmü?
Geri dön