Ana Sayfa > Gündəm > “Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edildi
“Kredit ittifaqları haqqında” qanunda dəyişiklik edildi13-07-2021, 17:23. Yazar: sevinc1 |
![]() “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. aia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa 15-1-ci maddə əlavə edilir: “Maddə 15-1. Mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi 15-1.1. Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. 15-1.2. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.” aia.az Geri dön |