Ana Sayfa > Şou-biznes > "Yazığın bəxti gətirmədi, eşitdim ki, küçələrdə yaşayır”- Xalq artisti həmkarı haqqında nələr danışdı
"Yazığın bəxti gətirmədi, eşitdim ki, küçələrdə yaşayır”- Xalq artisti həmkarı haqqında nələr danışdı13-07-2021, 15:59. Yazar: sevinc1 |
"Onu çoxdan tanıyırdım, amma yazığın bəxti gətirmədi və sonra eşitdim ki, küçələrdə yaşayır". Bunu moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov küçələrdə yaşadığı deyilən tarzən Vahid Bağırov haqqında danışarkən deyib. Möhlət Müslümov həmkarının acınacaqlı həyatına görə çox pis olduğunu bildirib: "Vahidi tanıyırdım. Çox istedadlı musiqiçi idi, yaxşı tarzən idi. Onu çoxdan tanıyırdım. Amma yazığın bəxti gətirmədi və sonra eşitdim ki, küçələrdə yaşayır. Vahidin qardaşı Əli yaxşı kamança ifaçısıdı, Türkiyədə yaşayır. Ola bilsin ki, Əli Türkiyədə olduğu üçün Vahidin ölümündən xəbəri yoxdur və ya gələ bilmir. Onun bu yola düşməsinə görə çox pis oldum. Vahid haqqında çəkilən süjetdə ondan xəbərim oldu və hətta mənim də adımı çəkib". Qeyd edək ki, Vahid Bağırov sığınacaqda dünyasını dəyişib. Meyiti morqda qalan sənətkarın meyitinə hələ ki, yaxınları da sahib çıxmayıb. Vahid Bağırov həyat yoldaşından ayrılıb, keçmiş xanımı və övladları da ondan imtina edib. AİA.Az Geri dön |