Ana Sayfa > Seçki 2024 > Elçin Əsədov: “Azərbaycan bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verir”

Elçin Əsədov: “Azərbaycan bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verir”


13-07-2021, 10:30. Yazar: sevinc1
Elçin Əsədov: “Azərbaycan bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verir”

“Azərbaycanda həyata keçirilən din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin bu məsələlərə məhz tolerantlıq prinsipləri əsasında yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, bu istiqamətdə təşkil edilən beynəlxalq konfranslara münasibətdə açıq-aydın müşahidə etmək mümkündür.”

Bu sözləri Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının Ağsaqqallar Şurasının üzvü Elçin Əsədov deyib.

Hakim partiya təmsilçisi ilk növbədə qeyd edib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və inkişafı birbaşa siyasi varislik xarakteri daşıyır: “Müstəqil Azərbaycana əhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edir, o cümlədən Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Bu gün Azərbaycan artıq öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. Lakin xalqı bayram münasibətilə təbrik etmək ənənəsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdi. Qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı nnövbəti əməli addımlardan biri olmuşdur.”

Daha sonra Elçin Əsədov bildirib ki, əsrlərdən gələn dini bayramlarımızı qoruyub yaşatmaqla Azərbaycan xalqı öz milli və dini ənənələrinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirir: “Ümumiyyətlə Azərbaycan xalqı həm dininə, həm tarixinə, həm mədəni irsinə hər zaman hörmətlə yanaşıb və sadiq olub. O cümlədən humanizm, bərabərlik və qardaşlıq prinsiplərini təbliğ edən müqəddəs dinimizin ənənələri də Azərbaycanda bütün dövrlərdə xalqın iradəsilə yaşayıb, qorunub. Hətta bütün dini mərasim və ayinlərə qarşı ciddi mübarizə aparan sovet ideologiyasının ən sərt qanun və qadağaları belə xalqımızı öz dininə dönük çıxmağa məcbur edə bilməyib. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Həmçinin bunu da qeyd etmək lazımdır ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə yenidən qoşulduqdan sonra ölkəmiz və xalqımız sadəcə daxildə dini ənənələrimizi yaşatmaqla kifayətlənməmişdir. Müstəqillik illərində Azərbaycan artıq bütün dünyada İslam mədəniyyətinin inkişafına böyük töhfələr verməyə başlamışdır. Ölkəmiz müsəlman dünyasının ayrılmaz parçası kimi bu gün də İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etməkdə davam edir. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması bir tərəfdən dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir, digər tərəfdən isə Ölkə Prezidenti cənab İlham Əliyevin din sahəsində həyata keçirdiyi uğurlu və müdrik siyasətin effektivliyindən xəbər verir. Ulu öndər Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik keyfiyyətini belə ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu yüksək mənəvi dəyərlərdir.”

AİA.Az
Geri dön