Ana Sayfa > İdman > Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanlb

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanlb


13-07-2021, 13:33. Yazar: sevinc1
Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanlb

Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək cüdo üzrə milli komandamızın heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib ki, yığmada Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauriyə (+100 kq) yer alıb.

Qadın cüdoçular Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

E.Babanlı qeyd edib ki, iki cüdoçu məşqlərdə sparrinq-tərəfdaş kimi çıxış edəcək: “Orxan Səfərovla eyni çəkidə, daha təcrübəli cüdoçu Nicat Şıxəlizadə yığmanın kapitanı təyin olunub və məşqlərdə O.Səfərovun sparrinq-tərəfdaşı kimi çıxış edəcək. Daha bir çəkidə - 73 kiloqramda Hidayət Heydərov sparrinq-tərəfdaş kimi Yaponiya paytaxtına yollanacaq. Ümumiyyətlə, pandemiya şəraitində cüdoçular tez-tez COVID-19 testindən keçəcəklər. Test nəticələri pozitiv olan idmançılar karantinə alınacaq. Digər tərəfdən zədə səbəbindən idmançılar üçün problemlər yarana bilər. Belə olan hallarda, həmin iki idmançı komanda yoldaşlarını əvəz edə bilər”.

Qeyd edək ki, 66, 60, 73, 81 kiloqram çəki dərəcələrində cüdoçular iyulun 14-də Tokioya yollanacaqlar. İyulun 18-də isə komandanın qalan üzvləri yarışa yola düşəcəklər.

Xatırladaq ki, Rüstəm Orucov həm də iyulun 23-də keçiriləcək açılış mərasimində Azərbaycan komandasının bayraqdar vəzifəsini yerinə yetirəcək. Olimpiadanın cüdo yarışları iyulun 24-31-də keçiriləcək.

AİA.Az

Geri dön