Ana Sayfa > Qərbi Azərbaycan > Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olundu - Baş travmatoloq
Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olundu - Baş travmatoloq13-07-2021, 12:11. Yazar: sevinc1 |
Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olundu. Bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov bildirib. Onun sözlərinə görə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa etdilər: "Bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir. Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olundu. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub. Qeyd etmək lazımdır ki, bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir, hansı ki, gündə 1mm-ə qədər bərpa prosesi gedir. Hal-hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək". AİA.Az Geri dön |