Ana Sayfa > Siyasət > İlham Əliyev fransalı nazirlə Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev fransalı nazirlə Qarabağ münaqişəsini müzakirə etdi27-04-2016, 11:25. Yazar: admin |
Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb. Aia.az xəbər verir ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etdiyini xatırladan dövlət başçısı deyib ki, bu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyinə görə H. Desirə minnətdarlıq edən prezident İlham Əliyev səfərin ikitərəfli və regional məsələləri müzakirə etmək baxımından yaxşı fürsət olduğunu bildirib. Qonaq Forumun yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə təbriklərini çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və son proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Aia.az Geri dön |