Ana Sayfa > Gündəm > Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq
Polis rəisinin intiharı ilə bağlı cinayət işi başlanıb - Baş Prokurorluq10-07-2021, 13:00. Yazar: admen |
![]() Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir. AİA.Az Geri dön |