Ana Sayfa > Gündəm > Ölkədə son 6 ayda 435 kriminal qrup zərərsizləşdirilib -

Ölkədə son 6 ayda 435 kriminal qrup zərərsizləşdirilib -


9-07-2021, 17:46. Yazar: sevinc1
Ölkədə son 6 ayda 435 kriminal qrup zərərsizləşdirilib -


Bu ilin 6 ayı ərazində Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.

O bildirib ki, hesabat dövründə qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 110 nəfər cinayət məsuliyyətinə cəlb edilib: "Ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanıb məhv edilib".

aia.az
Geri dön