Ana Sayfa > İqtisadiyyat > Dövlət Vergi Xidməti toylarla bağlı yenidən vətəndaşlara müraciət edib

Dövlət Vergi Xidməti toylarla bağlı yenidən vətəndaşlara müraciət edib


9-07-2021, 18:06. Yazar: sevinc1
Dövlət Vergi Xidməti toylarla bağlı yenidən vətəndaşlara müraciət edib


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti toy, nişan, ad günləri və bu kimi kütləvi tədbirlərin keçirilməsi ilə bağlı yenidən vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən aia.az-a daxil olan müraciətdə deyilir: "Artıq bir neçə gündür ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ictimaiyyətin səbrsizliklə gözlədiyi şənlik mərasimlərinin keçirilməsinə icazə verilib. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin son qərarına əsasən, iyulun 1-dən xüsusi karantin şərtlərinə riayət etməklə toy, nişan, ad günləri və bu kimi kütləvi tədbirlərin keçirilməsinə başlanılıb.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət xüsusi monitorinq qrupları gündəlik olaraq şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirir. Monitorinqlər zamanı əsas diqqət şənlik mərasimi keçirilən obyektlərdə həm əməkdaşların və xidmət personalının, həm də qonaqların sağlamlığının qorunmasının vacibliyinə, infeksiyanın yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəlmiş təbliğat və maarifləndirmə işlərinə yönəlib. Monitorinq qrupuna daxil olan hər bir qurum öz səlahiyyəti çərçivəsində nəzarət və maarifləndirmə işlərini həyata keçirir.

Qaydalara əsasən, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində maska taxılması məcburi olsa da, COVID-19 pasportunun olması tələb edilmir. 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19 pasportunun, yaxud müvafiq immunitet barədə sənədinin olması mütləq şərtdir.

Monitrorinqlər zamanı vurğulanır ki, şənlik keçirilən bütün qapalı məkanlarda zəruri gigiyena vasitələri daimi və hamı üçün əlçatan, yəni göz qabağında olmalıdır, obyekt sahibi məkanı bu vasitələrlə fasiləsiz təmin etməlidir. Obyekt daxilində mütəmadi olaraq havalandırma və dezinfeksiya işlərinin aparılmasının zəruriliyi xüsusi qeyd edilir. Qonaqların sayına nəzarət olunması və onların məsafəli şəkildə növbə ilə girişinin təmin edilməsi məsələsinə də monitorinqlər zamanı xüsusi diqqət yetirilir. Məkan sahibinə bildirilir ki, şənlik zallarında sosial məsafənin qorunmasına ciddi nəzarət edilməli, bütün əməkdaşlar və xidmət personalı qoruyucu maskadan daimi və tam qapalı (ağız və burun tam bağlı olmalıdır) şəkildə istifadə etməli, işçi heyətin obyektə maskasız daxil olmasına icazə verilməməlidir.

Monitorinq qruplarına daxil olan Dövlət Vergi Xidməti əməkdaşları tərəfindən şənlik məkanında çalışanlar və keçirilən tədbirlər barədə icaze.e-gov.az portalına məkanın və ya müəssisənin sahibi tərəfindən düzgün qeydiyyatın aparılması məsələlərinə nəzarət edilir. Məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat tədbirin tarixinə ən azı 5 gün qalmış müvafiq portala daxil edilməldir. Mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaqların sayı barədə məlumatlar da portalda əks olunmalıdır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. Şənlik mərasimini keçirən şəxs və məkanın sahibi arasında müştərək məsuliyyəti özündə əks etdirən müvafiq iltizamnamə imzalanmalıdır. Bununla hər iki tərəf portalda qeyd olunan məlumatların doğruluğunu təsdiq edir.

150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır və bu qanun pozuntusu halları təkrarlanarsa, məkanın sahibi həmin obyektin bağlanması riski ilə üz-üzə qala bilər. Şənlik mərasimi gecə saat 12-dək başa çatmalıdır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxsləri 4 min manatdan 5 min manatadək, hüquqi şəxsləri isə 5 min manatdan 11 min manatadək məbləğdə cərimə nəzərdə tutulur, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs gözləyir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə, şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən olunmuş hallarda qərar qəb
Geri dön