Ana Sayfa > Seçilənlər-5 > Taksi sürücüləri üçün əsas şərtlər AÇIQLANDI
Taksi sürücüləri üçün əsas şərtlər AÇIQLANDI27-04-2016, 11:08. Yazar: admin |
Taksi fəaliyyəti ilə məşğul olanlara nəzarətin gücləndirilməsi üçün sürücülər xüsusi kurslara cəlb ediləcək. Aia.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən teleqraf-a verilən məlumata görə, kurslar taksi sürücülərinin müraciəti başa çatdıqdan sonra start götürəcək: "Hazırda kurslara sürücülərin müraciəti qeydə alınır. 15 nəfərdən ibarət qrup yaradılır. Onların istəklərinə uyğun kursda səhər və yaxud günorta dərs keçiriləcək. Kurslar 2 həftə davam edəcək. Yol hərəkəti qaydaları, sərnişin daşınmanın özəllikləri, onlarla ünsiyyət, ilk tibbi yardım, nəqliyyat haqqında qanun və sair dərslər tədris olunacaq. Kursu bitirən taksi sürücülərə 5 il müddətinə şəhadətnamə veriləcək”. Nəqliyyatı Xidmətindən bildiriblər ki, kurslar ödənişlidir: "Nazirlər Kabinetinin təsdiq etdiyi sərəncamla hər bir taksi sürücüsü kurs keçməlidir. Kurslar iki həftə davam edəcək və ödənişli əsaslarla aparılacaq. Əvvəlki kurslar zamanı taksi sürücüsü 32-36 manat ödəyirdilər, hazırda isə kursun saatı artırılıb deyə ödənişin 40 manat olacağı düşünülür. Kursdan keçə bilməyən sürücülər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər”. Qeyd edək ki, taksi fəaliyyəti ilə məşğul olacaq şəxslər mütləq kursdan aldıqları sertifikatı "ASAN xidmət”ə təqdim etməlidirlər. "Digesta” firmasının direktoru Ərşad Hüseynov sözlərinə görə, 15 ilə yaxındır taksi sürücüləri üçün kursların fəaliyyət göstərdiyi bildirilir: "Bu kursların sadəcə adları var. Fikrimcə, məsələni aktuallaşdırmaq lazımdır. Elə etməliyik ki, heç bir taksiçi kursdan kənarda qalmasın”. Ekspert qeyd edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Tədris-Kurs Kombinatının kursları effektli keçirmək üçün imkanlar var: "Onların texniki imkanları da yüksəkdir. Amma taksi sürücüləri ora həvəs göstərmir. Səbəbi odur ki, heç kəs onların qarşısında tələb qoymur. Sürücüyə deyilmir ki, getməsən cərimələnəcəksən, yaxud sənə lisenziya verilməyəcək. Sözümün canı odur ki, həmin kurslar indiyəcən formal xarakter daşıyıb”. Ərşad Hüseynov bildirib ki, kurs xüsusi proqram əsasında tədris olunur, proqramı Dövlət Yol Polisi, Nəqliyyat Nazirliyi və Təhsil Nazirliyi birgə hazırlayıblar: "Taksi sürücülərindən soruşduqda kursa niyə getmirsən bildirilər ki, bunun üçün pulları yoxdur. Təcrübə göstərir ki, ölkə ərazisində taksi fəaliyyəti göstərən şəxslər hələlik fərqlənmə nişanı da almırlar”. Aia.az Geri dön |