Ana Sayfa > Manşet / Gündəm > Polis rəisi özünü ürəyindən güllələyib -
Polis rəisi özünü ürəyindən güllələyib -9-07-2021, 12:28. Yazar: sevinc1 |
![]() Baş Prokurorluq Bakıda polis rəisinin özünü öldürməsi ilə bağlı araşdırmalara başlayıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub. Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək. aia.az Geri dön |