Ana Sayfa > Gündəm > Ucarda beş nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə cinayət işi başlandı
Ucarda beş nəfərin ölümü ilə nəticələnən yol qəzasına görə cinayət işi başlandı9-07-2021, 10:19. Yazar: sevinc1 |
Ucar rayonu ərazisində beş nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb. aia.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir. Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi "Vito" markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü N.Axundov və dörd sərnişini dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb. aia.az Geri dön |