Ana Sayfa > Gündəm > Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb
Türkiyə Azərbaycanla birgə Qarabağda hansı işləri görəcək? - Fəaliyyət planı açıqlanıb8-07-2021, 12:39. Yazar: sevinc1 |
![]() Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlığına dair fəaliyyət planının maddələri açıqlanıb. Burada Azərbaycanın işğaldan azad edilən bölgələrində əməkdaşlığa dair prioritet fəaliyyət planları da yer alıb. Həmin maddələri təqdim edirik: 1. Azərbaycanın işğaldan azad olunan bölgələri ilə bağlı ortofoto xəritələrinin hazırlanması məsələsində texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə 2. Azərbaycanda və işğaldan azad edilən bölgələrin yenidən inşasında Türkiyənin "Ağıllı şəhər" təcrübələrinin bölüşülməsi və bu sahədə əməkdaşlıq edilməsi - 2021-2022-ci illərdə 3. İşğaldan azad olunan bölgələrdəki abidələr üçün mümkün layihə sənədlərinin hazırlanması, eyni zamanda bərpa-konservasiya işlərində texniki və maliyyə dəstəyinin göstərilməsi - 2021-2022-ci illərdə 4. İşğaldan azad olunan bölgələrin yenidən əkinçilik üçün əlverişli hala gətirilməsi istiqamətində əməkdaşlıq edilməsi - 2021-ci ildə 5. İşğaldan azad olunan bölgələrdə "Yaşı enerji" konseptinin həyata keçirilməsi üçün əməkdaşlığın aparılması - 2021-2023-cü illərdə 6. Ortaq radiomerik və radioloji araşdırmaların aparılması - 2021-2025-ci illərdə 7. Yenidənqurma işlərinin maliyyələşdirilməsi ilə bağlı texniki dəstəyin göstərilməsi - 2021-2022-ci illərdə AİA.Az Geri dön |