Ana Sayfa > Gündəm > Erməni mərmisi 11 kəndimizi işıqsız qoydu
Erməni mərmisi 11 kəndimizi işıqsız qoydu27-04-2016, 10:56. Yazar: admin |
Ermənilərin atdığı "qrad" mərmilərindən biri Tərtərin İsmayılbəyli kəndində 35 kilovatlıq elektrik yarımstansiyasının yaxınlığında partlayıb. Aia.az məlumat verir ki, bu barədə ANS PRESS-ə atəşkəsin ən intensiv pozulduğu Tərtər rayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov məlumat verib. O bildirib ki, yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kənd elektrik enerjisiz qalıb: "Axşam saatlarından başlayaraq Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində mərmilərdən biri Yuxarı Qapanlı kəndində Kazımov Azad Süleyman oğluna məxsus yaşayış evinə düşüb və evə ciddi ziyan dəyib. Kənd sakininin təsərrüfatı da zərər çəkib. Onun iribuynuzlu heyvanları yaralanıb. Yuxarı Qapanlıdan başqa, Əksipara kəndində də 3 evə ciddi ziyan dəyib. Seydimli kəndində də bir yaşayış evinə mərmi düşüb. Ev sahibinin mal tövləsi də yararsız hala düşüb”. Xoşbəxtlikdən mülki şəxslər arasında yaralanan olmayıb. Aia.az Geri dön |