Ana Sayfa > Karusel / Gündəm > Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq -

Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq -


7-07-2021, 14:30. Yazar: sevinc1
Putinlə Paşinyanın görüşü zamanı heç bir sənəd imzalanmayacaq -

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Moskvada görüş zamanı hər hansı bir sənəd imzalamayacaq.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş zamanı Qarabağ məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

D.Peskov əlavə edib ki, görüşün yekununda sənədlərin imzalanacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

aia.az
Geri dön