Ana Sayfa > Manşet / Siyasət > Yanvarda Zəngilandakı “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir -

Yanvarda Zəngilandakı “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir -


7-07-2021, 12:30. Yazar: sevinc1
Yanvarda Zəngilandakı “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir -

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir:

"Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.

aia.az
Geri dön