Ana Sayfa > İdman > İtaliya - İspaniya oyununun ən yaxşısı seçildi

İtaliya - İspaniya oyununun ən yaxşısı seçildi


7-07-2021, 12:06. Yazar: sevinc1
İtaliya - İspaniya oyununun ən yaxşısı seçildi

Avro-2020-nin yarımfinalında keçirilən İtaliya - İspaniya matçının (1:1, penaltilər seriyası - 4:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, bu, İtaliya millisinin üzvü Federiko Kyezadır. Start heyətdə meydana daxil olan 23 yaşlı hücumçu 60-cı dəqiqədə matçda hesabı açıb. O, eyni zamanda penaltilər seriyasında da dəqiq zərbə ilə diqqət çəkib.

Qeyd edək ki, İtaliya finalda İngiltərə - Danimarka görüşünün qalibi ilə qarşılaşacaq.
Geri dön