Ana Sayfa > Karusel / Gündəm > Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir

Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir


7-07-2021, 11:42. Yazar: sevinc1
Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir

Pakistan şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaq potensialı var.

Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Pakistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərə investisiya qoyması arzuolunandır: “Azərbaycan rəsmi qaydada dost ölkələrin şirkətlərini işğaldan azad edilmiş ərazilərə investisiya qoymağa dəvət etdi. Biz istərdik ki, Pakistan şirkətləri bu ərazilərə investisiya qoyan, bərpa və yenidənqurma iştirak edən şirkətlər arasında öndə olsun”.

AİA.Az


Geri dön