Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet > GENERAL-POLKOVNİK HƏSƏNOV ZAKİR ƏSGƏR OĞLU

GENERAL-POLKOVNİK HƏSƏNOV ZAKİR ƏSGƏR OĞLU


26-04-2016, 23:25. Yazar: admin

GENERAL-POLKOVNİK

HƏSƏNOV ZAKİR ƏSGƏR OĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ

1959-cu il iyunun 6-da Astara rayonunda anadan olmuşdur.

1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olmuşdur.

1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirmiş və həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet ordusu sıralarında xidmət etmişdir.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsində xidmətini davam etdirmişdir.

1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının akademik İdarəetmə kurslarını bitirmişdir.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 №-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilmiş, 17 may 2003-cü il tarixli 869 №-li Fərmanı ilə general-mayor, 6 may 2005-ci il tarixli 802 №-li Sərəncamı ilə isə general-leytenant ali xüsusi rütbəsi verilmişdir.

Horadiz əməliyyatı da daxil olmaqla, Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülmüşdür.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin 15.12.1998-ci il tarixli müvafiq əmri ilə "Sərhəddə fərqlənməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərinə görə" medalı ilə, 30.06.2004-cü il tarixli 298 №-li Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə və 11.03.2008-ci tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

22 oktyabrın 2013-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.

AiA.AZ
Geri dön