Ana Sayfa > Təhsil > Təhsil Nazirliyi: Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Təhsil Nazirliyi: Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub


6-07-2021, 17:41. Yazar: admen
Təhsil Nazirliyi: Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Bu barədə Təhsil Nazirliyi bildirib. Qeyd olunub ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda, geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.

Bununla belə yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları istifadədə qalacaq.

AİA.Az
Geri dön