Ana Sayfa > İdman > "Qvardiolanı xoş xatirələrlə yada salacağıq"

"Qvardiolanı xoş xatirələrlə yada salacağıq"


26-04-2016, 21:46. Yazar: admin
"Qvardiolanı xoş xatirələrlə yada salacağıq"






"Bavariya"nın yarımmüdafiəçisi Xabi Alonso komandanın baş məşqçisi Xosep Qvardiola haqqında fikirlərini bildirib.

AIA.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli oyunçu bunları deyib:

"Qvardiola çox metodik və çalışqan məşqçidir. O, bir sıra detalları inkişaf etdirməkdə, xüsusilə meydanı görməkdə mənə kömək edib. Çünki Pep də mənim tipdə yarımmüdafiəçi olub. O, oyunu oxumağı, düzgün qərarlar qəbul etməyi və rəqiblərin fəaliyyətini əvvəlcədən tapmağı öyrətdi. Onların planlarını korlamaq üçün taktiki sxemləri göstərdi. Şübhə etmirəm ki, Qvardiolanın "Bavariya"da işlədiyi dövr kluba yaxşı baza qoyacaq. Onu xoş xatirələrlə yada salacağıq. Pep Çempionlar Liqasını qazanmasa, uğursuz olmayacaq".

AIA.AZ
Geri dön