Ana Sayfa > Seçki 2024 > İnvestorları cəlb edən daha bir amil – Azərbaycandakı təhlükəsizlik mühiti

İnvestorları cəlb edən daha bir amil – Azərbaycandakı təhlükəsizlik mühiti


5-07-2021, 14:01. Yazar: sevinc1
İnvestorları cəlb edən daha bir amil – Azərbaycandakı təhlükəsizlik mühiti

Ölkəmizdə yaradılmış müasir iqtisadiyyatın təməlləri 90-cı illərdə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə yaradılmış və iqtisadi münasibətlərin təməli qurulmuşdur.

Azərbaycanın inkişaf modelində iqtisadi modernləşmə istehsalın artım templərinin əsas təminatçısı məqsədlərini güdür. Milli iqtisadiyyatın struktur dəyişikliklərindən tutmuş yeni texnologiyaların tətbiqi, istehsal mədəniyyətinin artırılması, dünya iqtisadi sisteminə qovuşmağa imkan yaradan yeni sahələrin və istehsalların meydana gəlməsinə qədər geniş spektri əhatə edən iqtisadi modernləşmə Azərbaycanın bazar iqtisadiyyatının əsaslarının bərqərar edilməsi prosesinin ümumi mənzərəsini tam dolğunluğu ilə əks etdirir.

Müasirləşmə strategiyasının uğurlu taleyində ölkədə həyata keçirilən infrastruktur siyasətinin xüsusi çəkisi nəzərə çarpan dərəcədə yüksəkdir. Hər şeydən əvvəl bu, iqtisadi mühitin yaxşılaşdırılmasında, istehsal şəraitinin təkmilləşdirilməsində ifadə olunur. Yollar və körpülər şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması, digər infrastruktur obyektlərinin tikilməsi nəticə etibarı ilə ölkədə iqtisadi artıma birbaşa təsir edir, iqtisadi amil rolunda çıxış edir. Bu strategiyanın başlıca məqsədi İqtisadiyyatın şaxələndirilməsi və ixtisaslaşmanın artırılması sayəsində qeyri–neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin məbləğinin artırılması və ölkə iqtisadiyyatının ayrı ayrı sahələrinə yönləndirilməsidir.
Şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatın əsasını sabit makroiqtisadi mühit təşkil edir. Makroiqtisadi siyasət seçimləri bu mühitin formasını müəyyən edir.

Müasir beynəlxalq aləmdə Azərbaycanı dinamik inkişaf edən, insan hüquq və azadlıqlarını qoruyan, sosial yönlü siyasət yürüdən, bazar iqtisadiyyatı və liberal biznes mühiti qaydalarına hörmətlə yanaşan, sabit iqtisadi, siyasi, sosial, milli, dini və vətəndaş cəmiyyətinə malik olan və tam müstəqil xarici siyasət yürüdən demokratik bir dövlət kimi tanıtmaq yolu ilə, onun vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək və s. milli maraqları reallaşdırmaq mümkündür. Odur ki, ölkənin müsbət beynəlxalq imicinin formalaşdırılması vəzifəsi də milli təhlükəsizliyin və xarici siyasətin əsas istiqamətlərindən hesab olunur.

Əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi, yeni iqtisadi artım nöqtələrinin müəyyənləşməsi, iqtisadiyyatın proqnozlaşdırılma səviyyəsinin artması, həmçinin bazarlara yaxınlıq xarici sərmayənin cəlbi üçün münbit zəmindir. Bu baxımdan ölkəmizdə atılmış düşünülmüş strateji planlar Azərbaycanı regionun ən çox investisiya cəlbediciliyinə malik olan ölkəsi etmişdir.

Zəminə Rzayeva,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi


Geri dön