Ana Sayfa > Seçki 2024 > Ələt azad iqtisadi zonasının yaradılması iqtiisadiyyatın şaxələnməsini daha da sürətləndirir

Ələt azad iqtisadi zonasının yaradılması iqtiisadiyyatın şaxələnməsini daha da sürətləndirir


5-07-2021, 13:53. Yazar: sevinc1
Ələt azad iqtisadi zonasının yaradılması iqtiisadiyyatın  şaxələnməsini daha da sürətləndirir

Müasir dövrdə azad iqtisadi zonalar xarici ticarət strategiyasının vacib haqlarından birini təşkil edir. Belə ki, azad iqtisadi zonalar kapitalın ölkə iqtisadiyyatına cəlb olunması ilə yanaşı ixrac səbətinin həm çeşidini, həm də coğrafiyasını genişləndirməyə şərait yaradır. Bu da birbaşa və dolayısı ilə valyuta daxilolmalarının artmasına, müasir texnologiyalara çıxış imkanlarına pozitiv təsir göstərir ki, son nəticədə belə iqtisadi zonaların yaradılması ayrı-ayrı ərazi və regionların iqtisadiyyatının inkişafı baxımından təsirli mexanizimdir.

Müasir dünyada ölkələrarası bazar iqtisadi münasibətləri formalaşmış dövlətlər arasında beynəlxalq ticarət əlaqələri genişlənmişdir. Ölkələrin iqtisadiyyatina kapital qoyuluşu xeyli artmişdir. Bunların nəticəsi kimi azad iqtisadi zonalar yaradılmışdır. Azad iqtisadi zona ölkə ərazinin bir hissəsi olub, xüsusiləşmiş, müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Azad iqtisadi zonaların yaradılmasında əsas məqsəd əlverişli coğrafi mövqe və nəqliyyat şəbəkəsindən istifadə etməklə xarici investisyaları və investorları cəlb etmək, yeni iş yerləri açmaqla sosial durumu daha da yaxşılaşdırmaq və iqtisadi inkişafa təkan verməkdir. Azad iqtisadi zonalarında investorlara dövlət tərəfindən hüquq və zəmanətlər verilir. Onların ixrac və idxal əməliyyatlarında iştirakı daha da rahatlaşdırılır. Ölkə rəhbəri cənab İlham Əliyevin bu günlərdə təməlini qoyduğu Ələt azad iqtisadi zonası ərazinin və ümumilikdə Azərbaycanın iqtisadi inkişafı yolunda önəmli addımdır. Strateji məkanda yerləşən Azərbaycan Asiyadan başlamış iqtisadi marafonu öz ərazisində qəbul edərək Avropaya, Amerikaya və Şərq ölkələrinə ötürməklə dünya iqtisadiyyatının inkişafında önəmlı tranzit ölkəyə çevirilir ki, bu da dövlətimizin iqtisadi qüdrətinin böyüməsinə, yeni iş yerlərinin yaranmasına səbəb olur. Transmilli şirkətlərinin qısa müddətdə Ələt azad iqtisadi zonasında yer tutması və iqtisadi yarışa girməsi üçün gözəl iqtisadi məkan tezliklə ölkəmizin möhkəm olan iqtisadi dayaqlarını bir daha gücləndirərək qeyri neft sektorunun inkişafı yolunda atılmış tarixi bir qərar kimi xalqımızın uğur salnaməsinə həkk olacaqdır.

Vahid Vahidov,
YAP Salyan rayon təşkilatının İdarə heyətinin üzvü


Geri dön