Ana Sayfa > İdman > Azərbaycan idmançılarının Olimpiada üçün Tokioya nə vaxt gedəcəyi bilindi

Azərbaycan idmançılarının Olimpiada üçün Tokioya nə vaxt gedəcəyi bilindi


5-07-2021, 13:45. Yazar: sevinc1
Azərbaycan idmançılarının Olimpiada üçün Tokioya nə vaxt gedəcəyi bilindi

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçularımızın Yaponiyaya səfər vaxtı məlum olub.

Cüdo millimiz iki qrup şəklində səfərə yollanacaq.

Millimizin ilk heyəti iyulun 14-ü Bakı-İstanbul-Tokio reysiylə uçacaq. Ağır çəkili cüdoçularımız isə bundan dörd gün sonra yola düşəcək.

İyulun 1-dən Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən komandamız ayın 8-də Bakıya qayıdacaq və Tokioya son hazırlıqlarını paytaxtda davam etdirəcək.

Qeyd edək ki, Olimpiadada Azərbaycanı kişilərdə Kəramət Hüseynov (-60 kq), Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq), Murad Fətiyev (-81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev (-100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlarda isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerskaya (+78 kq) təmsil edəcək.

Xatırladaq ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.

AİA.Az


Geri dön