Ana Sayfa > Təhsil > Məktəb inspektoru olmaq istəyənlərin nəzərinə

Məktəb inspektoru olmaq istəyənlərin nəzərinə


2-07-2021, 15:04. Yazar: sevinc1
Məktəb inspektoru olmaq istəyənlərin nəzərinə

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən məktəb inspektoru vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, vakansiya üzrə müraciətlərin qəbulu iyulun 10-dək davam edəcək. Müraciət etmək istəyən şəxslər TKTA-nın rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

AİA.Az
Geri dön