Ana Sayfa > Manşet / Siyasət > Sahibə Qafarova: Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Sahibə Qafarova: Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır


2-07-2021, 13:26. Yazar: sevinc1
Sahibə Qafarova: Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Macarıstan tarixi köklərinə əsaslanaraq xarici siyasətində türkdilli dövlətlərlə münasibətləri inkişaf etdirməyə, türk dünyasına inteqrasiyaya xüsusi əhəmiyyət verir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyulun 2-də keçirilən iclasında deyib.

Parlament nümayəndə heyətinin bu günlərdə Budapeştə rəsmi səfərindən danışan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanla Macarıstan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir və bu əməkdaşlığın dərinləşdirilməsinə hər iki tərəfdən böyük diqqət göstərilir.

AİA.Az
Geri dön