Ana Sayfa > Karusel / İqtisadiyyat > AYİB hər zaman Azərbaycanın etibarlı tərəfdaşı olub -

AYİB hər zaman Azərbaycanın etibarlı tərəfdaşı olub -


2-07-2021, 13:12. Yazar: sevinc1
AYİB hər zaman Azərbaycanın etibarlı tərəfdaşı olub -

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hər zaman Azərbaycanın etibarlı tərəfdaşı olub.

İqtisadiyyat Nazirliyindən aia.az-a bildirilib ki, bunu AYİB-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov quruma üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 30-cu illik toplantısında deyib.

M.Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, AYİB-in ölkəmizin iqtisadi inkişafına uzunmüddətli və davamlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, 2021-ci ilin yanvar-may aylarına ÜDM 0,8%, qeyri-neft qaz sektorunda əlavə dəyər 4,5% artıb.

2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, AYİB-in “Strateji və Kapital Çərçivəsi 2021-2025” sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı qarşısında müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün geniş potensial yaradır.

Plenar sessiyada işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidənqurulmasında, bu ərazilərə əhalimizin böyük qayıdışının təmin edilməsində, nəqliyyat-tranzit, logistika, “yaşıl iqtisadiyyat” və bərpaolunan enerji sahələrində Azərbaycanla AYİB-in əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Toplantıda AYİB-in strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, maliyyə hesabatları dinlənilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

aia.az
Geri dön