Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda ötən ay minaya düşənlərin sayı

Azərbaycanda ötən ay minaya düşənlərin sayı


2-07-2021, 12:22. Yazar: sevinc1
Azərbaycanda ötən ay minaya düşənlərin sayı

2021-ci ilin iyun ayında Azərbaycanda 3 mina partlayışı zamanı 8 mülki şəxsin və 1 hərbçinin mina qurbanı olduğunu qeydə alınıb.

Bu barədə aia.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyasından məlumat verilib.

Bildirilib ki, bu hadisələr nəticədə 4 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb.

İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonlarının ərazisində baş verib.

aia.az
Geri dön