Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla Qırğızıstan arasında birgə əməkdaşlığa dair saziş imzalanıb - Ceyhun Bayramov

Azərbaycanla Qırğızıstan arasında birgə əməkdaşlığa dair saziş imzalanıb - Ceyhun Bayramov


2-07-2021, 11:54. Yazar: sevinc1
Azərbaycanla Qırğızıstan arasında birgə əməkdaşlığa dair saziş imzalanıb - Ceyhun Bayramov

Azərbaycanla Qırğızıstan arasında 2021-2022-ci illəri əhatə edən birgə əməkdaşlığa dair saziş imzalanıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qırğızıstanlı həmkarlı Ruslan Kazakbayev ilə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 65 faizə qədər artıb.

"Buna baxmayaraq görüşdə artımın hələ də kifayət qədər olmadığı vurğulanıb. Bu barədə hökumətlərarası komissiyanın fəaliyyətinə dəstək verilməsi, biznes forumların keçirilməsi müzakirə olunub. Həmçinin ölkələrimiz arasında nəqliyyat-tranzit kommunikasiyalarının gücləndirilməsi məsələsinə toxunulub. Qırğızıstan üçün Azərbaycandan keçən şərq-qərb dəhlizinin maraqlı olduğunu düşünürük".

AİA.Az
Geri dön