Ana Sayfa > Qərbi Azərbaycan > Qazaxıstanın bütün regionlarında "Delta" ştammı aşkarlanıb -
Qazaxıstanın bütün regionlarında "Delta" ştammı aşkarlanıb -2-07-2021, 09:53. Yazar: sevinc1 |
Qazaxıstanın bütün regionlarında koronavirusun "Delta" ştammına yoluxma halları qeydə alınıb. Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, Qazaxıstna "Delta" ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib. Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) "Delta" ştammına rast gəlinib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 96 ölkədə koronavirusun "Delta" ştammının aşkarlandığını təsdiq edib. aia.az Geri dön |