Ana Sayfa > İqtisadiyyat > Azərbaycan bu sahədə güzəştlərin verilməsini nəzərdən keçirməlidir - Beynəlxalq agentlik

Azərbaycan bu sahədə güzəştlərin verilməsini nəzərdən keçirməlidir - Beynəlxalq agentlik


1-07-2021, 16:16. Yazar: sevinc1
Azərbaycan bu sahədə güzəştlərin verilməsini nəzərdən keçirməlidir - Beynəlxalq agentlik

Azərbaycan enerji sahəsində sahibkarlığın təşviqi və kiçik biznesin yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən kiçik elektrik enerjisi tədarükçülərinə güzəştlərin verilməsi məsələsini nəzərdən keçirməlidir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinin inkişafı üçün BEA iqtisadi potensialın qiymətləndirilməsini keçirməyi və nəticələri bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət planının hazırlanmasında istifadə etməyi, bu sahədə rəqabətli hərraclar keçirməklə və elektrik enerjisi satınalmaları üzrə uzunmüddətli müqavilələrin bazara inteqrasiyasının üsullarının müəyyənləşdirilməsi yolu ilə əlavə güc üçün xərclərin minimuma endirilməsini tövsiyə edir.

Bundan başqa, agentliyin tövsiyələri arasında lisenziyalaşdırma və avtorizasiya proseslərinin optimallaşdırılması yolu ilə bərpa olunan enerji mənbələrinin güclərinin artırılmasına kömək göstərmək, ucqar bölgələrdə günəş kollektorlarının, batareyaların və digər texnologiyaların quraşdırılması üzrə proqramları hazırlamaq və tətbiq etmək tövsiyələri yer alır:

"Azərbaycanda elektrik enerjisinin əsasən istilik elektrik stansiyalarında istehsal olunmasına baxmayaraq, ölkədə bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var. Azərbaycanda günəş enerjisinin texniki potensialı 23 giqavatt, külək enerjisi 3 giqavatt, kiçik su elektrik stansiyaları, geotermal enerji və bioenerjinin potensialı 1 giqavatt təşkil edir".

AİA.Az


Geri dön