Ana Sayfa > Siyasət > Azərbaycan regionda güc mərkəzidir və qalib ölkə kimi diktə edən tərəfdir
Azərbaycan regionda güc mərkəzidir və qalib ölkə kimi diktə edən tərəfdir1-07-2021, 14:11. Yazar: sevinc1 |
![]() Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu.Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Qedy edək ki, I Qarabağ müharibəsi ölkəmiz böyük faciələrlə yadda qaldı. O vaxt sayı səkkiz milyon olan Azərbaycan əhalisinin bir milyonu qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ölkəmizin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi.Torpaqlarımızın işğaldan azad edilməsi ədalətin təntənəsi, eyni zamanda, hər bir azərbaycanlı üçün qürur mənbəyi oldu. Azərbaycan gücün və qüdrətin, xalq-iqtidar birliyinin, həmrəyliyin, milli iradə və əzmkarlığın sayəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, şəhidlərimizin qisasını aldı.Prezident İlham Əliyev Müzəffər Ordumuzun Ermənistana qarşı apardığı Vətən müharibəsində Qələbəmizi belə qiymətləndirib: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik” Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə ordu quruculuğu prosesinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, müstəqil Azərbaycanda peşəkar, nizam-intizamlı, vahid komandanlıqdan idarə olunan Silahlı Qüvvələrin formalaşdırılmasına şərait yaratdı, qısa müddətdə güclü ordu yaradıldı.Ölkə başçısının Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində hərb quruculuğu sahəsində ciddi nailiyyətlər əldə olundu, ordu müasir hərbi texnika və silahlarla təmin edildi. Bu sahəyə xüsusi diqqət, aparılan davamlı islahatlar Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu siyahısında yer tutmasını şərtləndirdi. Hazırda Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır. İkinci Qarabağ müharibəsindən əvvəl və ondan sonrakı dövrdə genişlənən əlaqələr, ocümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bunu sübut edir. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərdi. Artıq düşmən ölkə anlamalıdır ki, dövlətimi bundan sonra da güclənəcək, hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verilib, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlayıb.Azərbaycan regionda güc mərkəzidir və qalib ölkə kimi diktə edən tərəfdir. Ermənistan isə regionda yaranmış yeni reallıqları qəbul etmək məcburiyyətindədir. Çünki 2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı uğur Sarkisyan rejiminin sonu idisə, 2020-ci il Vətən müharibəsindəki məğlubiyyət revanşistlərin hakimiyyətə qayıdış ümidinin üzərindən birdəfəlik xətt çəkdi. Artıq sadə insanlar yaranmış reallıqları qəbul etmək məcburiyyətində qaldıqları üçün Ermənistanda revanşistlərin heç bir siyasi perspektivi yoxdur. Ən nəhayət, Möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi dövlət başçımızın ətrafında birləşəcək. Zamir Hüseynov, YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Geri dön |