Ana Sayfa > Şou-biznes > Günay müğənnilərin geyimindən danışdı: Çox iyrənc görünürlər

Günay müğənnilərin geyimindən danışdı: Çox iyrənc görünürlər


1-07-2021, 11:38. Yazar: sevinc1
Günay müğənnilərin geyimindən danışdı: Çox iyrənc görünürlər

Müğənni Günay İbrahimli həmkarlarının geyim tərzindən danışıb.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Mtv"yə müsahibəsində bəzi müğənniləri zövqsüz adlandırıb:

"Ötən illər ərzində xeyli stilistlə çalışmışam. Bu müddət ərzində zövqümü püxtələşdirmişəm. Artıq nəyin yaraşacağını, nəyin isə yaraşmayacağını bilirəm. Geyimlərimi özüm seçirəm. Böyük layihələr olduqda isə stilistlərə də müraciət edirəm. Deyib, xətirlərinə dəymək istəmirəm. Amma çox iyrənc görünürlər. Zövqlülər də var, amma zövqsüzlər daha çoxdur. Deyib necə qəlbini qırım? Çünki içindən gələn odur. Mən onlara bir gün başa salsam da, sabah onsuz da öz bildiyini geyinib çıxacaq efirə. Ona görə də deyib, qəlb sındırmaq istəmirəm.

Günay İbrahimli geyim tərzini bəyəndiyi həmkarlarının adlarını da açıqlayıb:

"Qadınlar arasında zövqlü geyinənlər Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Nura Suridir. Kişilərdən isə Zamiq, Çingiz Mustafayev və Ədalət Şükürovdur".


Geri dön