Ana Sayfa > İdman > Ukraynalı futbolçu Avropa çempionatının tarixinə düşdü

Ukraynalı futbolçu Avropa çempionatının tarixinə düşdü


1-07-2021, 08:30. Yazar: sevinc1
Ukraynalı futbolçu Avropa çempionatının tarixinə düşdü

Ötən gün baş tutan Avro-2020-nin 1/8 finalında Ukrayna millisinin futbolçusu Artyom Dovbik İsveç millisinin qapısından keçirdiyi qolla tarixə düşüb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Belə ki, futbolçu bununla Avropa çempionatları tarixində ən gec vurulan qələbə qolunun müəllifi kimi yadda qalıb. Artyon Dovbikin topu qapıdan keçirdiyi zaman saniyəölçən 120 dəqiqə 37 saniyəni göstərib. O, bununla Mişel Platininin (118.53) rekordunu geridə qoyub.

Xatırladaq ki, Andrey Şevçenkonun rəhbərlik etdiyi Ukrayna millisi İsveçə 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

aia.az
Geri dön