Ana Sayfa > İdman > Danimarkadan Azərbaycana gələcək azarkeş sayı müəyyənləşdi

Danimarkadan Azərbaycana gələcək azarkeş sayı müəyyənləşdi


30-06-2021, 15:36. Yazar: sevinc1
Danimarkadan Azərbaycana gələcək azarkeş sayı müəyyənləşdi

AVRO-2020-nin 1/4 final mərhələsində Danimarka millisi Çexiya ilə qarşılaşacaq.

AİA.Az offsideplus.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə gələcək azarkeş sayı bəlli olub. Danimarka Futbol İttifaqının (DBU) yaydığı məlumata görə, Bakıya ən azı 800 tərəfdar gələcək.

Qeyd edək ki, UEFA 70 min azarkeş tutumu olan stadiona hər iki ölkə azarkeşlərinin 2.500 bilet ala biləcəyini açıqlayıb.

Xatırladaq ki, Çexiya - Danimarka qarşılaşması iyulun 3-də saat 20:00-da start götürəcək.

AİA.Az
Geri dön