Ana Sayfa > İqtisadiyyat > Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz -

Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz -


30-06-2021, 12:19. Yazar: sevinc1
Ermənilərin Qarabağda törətdiyi dağıntıların miqyası digər fəsadlarla müqayisə oluna bilməz -

Dünya ictimaiyyəti müharibə nəticəsində yaranmış fəsadlarla dəfələrlə üzləşib, amma Ermənistanın törətdiyi dağıntıların miqyası bunlarla müqayisə olunmur.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Karabakh.Center” layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Leninqrad və Hirosima şəhərləri dağıntılara məruz qalıb, amma ermənilərin Qarabağ torpağında törətdiyi dağıntıların miqyası bu nümunələrlə müqayisə oluna bilməz:

"Azərbaycan Prezidentinin rəhbərliyi altında Qarabağda bərpa və reskonstruksiya işləri sürətlə davam edir. Tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq".

aia.az
Geri dön