Ana Sayfa > Seçki 2024 > Müzəffər Azərbaycan Ordusu

Müzəffər Azərbaycan Ordusu


29-06-2021, 19:18. Yazar: admen
Müzəffər Azərbaycan Ordusu

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq digər sahələrdə olduğu kimi ölkədə ordu quruculuğunda da mühüm qərarlar qəbul etdi.

1918-ci ilin iyun ayının 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı.
Ordu quruculuğu sahəsində Hökumət bir sıra tədbirlər həyata keçirdi. Eləcə də Azərbaycan dili orduda dövlət dili kimi qəbul edildi. Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlanmış milli tərbiyyə məktəbinin fəaliyyəti yenidən quruldu.
1920-ci ilin may ayına qədər Azərbaycanda 8 alaydan ibarət iki piyada diviziya, 3 alaydan ibarət suvari diviziya və 2 topçu briqadası, bundan başqa ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə Ordu hissələri ləğv edildi, milli ordu üçün yaradılmış maddi-texniki baza talan olundu.

Xalq Cümhuriyyəti dövründə Azərbayacan Ordusunun yaradılmasında Əlağa Şixlinski, Xosrov Paşa bəy Sultanov, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Süleyman bəy Mehmandarovun əvəzsiz xidmətləri olmuşdur.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandırıldı. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, ölkəmizdə ordu quruculuğu 1969-cu ildən Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yenidən başladı. Müdrik insan, böyük siyasətçi, SSRİ-nin nə vaxtsa süquta yetəcəyini bilirdi. Odur ki, Azərbaycanda hərbi kadrların hazırlanmasına başladı. Bakida Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına çətinliklə də olsa nail oldu. Bu məktəbin ölkəmizdə açılmasına SSRİ rəhbərliyi tərəfindən çoxlu maneələr olmasına baxmayaraq uzaqgörən siyasətçi mahir diplomat bu cəhtlərin qarşısını ala bildi. Bu məktəbin açılması ölkəmizdə gənclər arasında hərb sənətinə marağı artırırdı. Gənc zabit kadrlarının hazırlanmasına öz töhvəsini verdi. Azərbaycanlı gənclərin Baki Ali Birləşmiş Komandanlıq və Baki Ali Hərbi Dəmirçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Ulu öndər 1993-cü ildə ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə gəldiyi zaman Azərbaycan Ordusunun yenidən qurulması. Maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığını ön plana çəkdi.

1998-ci il iyun ayının 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edildi. Müstəqilliyimizin ilk günlərində ordumuzun müasirləşdirilməsi istiqamətində Ulu öndər mühüm addımlar atdı. Belə ki, müstəqilliyimizin ilk illərində Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq”, “Planlaşdırma və analiz prosesi “, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” na qoşuldu. Əsgərlərimiz Kosovo, Əfqanıstan və İraqda sülhməramlı qüvvələrin tərkibində zəngin hərbi təcrübə qazandı. Azərbaycan Silahlı Qüvvələri Modern Orduya çevrildi.
Həqiqətən də Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına qurulmasında Ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Təkcə onu qeyd etmək lazımdır ki, bu gün Müdafiə Nazirliyi sənayəsində 400-dən çox adda müdafiə təyinatlı məmulat hazırlanır. İndi Azərbaycan Ordusu zəruri silah, sursat və texnika ilə təhciz olunub.

Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində son illər Ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası güclənmiş, hərbiçilərin sosial vəziyyəti yaxşılaşmışdır.

Bir sözlə ölkənin hərbi gücünün artırılması istiqamətində xüsusi diqqət yetirilir. Dünyanın hərbi cəhətdən inkişaf etmiş ölkələrindən, xüsusilə, İsrail, Pakistan, Türkiyədən ən son modern silahlar alınmış, Silahlı Qüvvələrin arsenalına daxil edilmişdir. Görülmüş dövlət siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız erməni faşistlərindən azad olundu. Azərbaycan Ordusunun hər bir əsgər və zabiti qəhrəmanlıq dastanı yazdı. Bu Ordu -Xalq birliyinin parlaq təcəssümü idi.

Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri

AİA.Az
Geri dön