Ana Sayfa > Karusel / Seçki 2024 > Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək


29-06-2021, 16:00. Yazar: sevinc1
Laçında həlak olan hərbçilərə şəhid statusu veriləcək

Laçın rayonunda avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək.

Bu barədə “Report”a hərbi qulluqçuların ailəsindən bildirilib.

“Müdafiə Nazirliyindən bizə dedilər ki, avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, - deyə ailədən bildirilib.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Hər iki hərbi qulluqçu Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

aia.az
Geri dön