Ana Sayfa > Gündəm / Seçilənlər-3 > Gecə atəşə məruz qalan Tərtərdən VİDEO

Gecə atəşə məruz qalan Tərtərdən VİDEO


26-04-2016, 15:59. Yazar: admin


Ötən gecədən başlayaraq Tərtərin təmas xəttinə yaxın yerləşən kəndlərini və rayon mərkəzini atəşə tutmağa başlayıblar.

Aia.az-ın Region TV-yə istinadən xəbərinə görə, iriçaplı silahlar və ağır artilleriyadan istifadə edən ermənilərin əsas hədəfi yenə də dinc sakinlər olub.

Rayonun Qapanlı, Qarağacı və Yuxarı Qaradağlı, təmas xəttindən uzaqda yerləşən Azadqaraqoyunlu və Köçərli kəndlərinə mərmilər düşüb. Partlayışlar zamanı evlərə, elektrik və qaz xətlərinə ciddi ziyan dəyib.

"Çox düşübdür, biri orada yol ayrıcına düşüb, üçü də gəlib sahələrə düşüb, boş yerlərə düşüb. Kəndin başına düşüb, məktəbin bir hissəsinə düşüb", - deyə Qarağacı kənd sakini İbrahim Məmmədov bildirib.

Rayon mərkəzi də ermənilərin hədəfində olub. Atılan mərmilərdən biri Tərtər şəhəri Teymur Rəhimov küçəsindəki Adikə Mirzəyevaya məxsus fərdi evin həyətinə düşüb. Partlayış zamanı mərmi qəlpələri evin otaqlarına sancılıb.

Yaşayış məntəqələrimiz atəşə tutulsa da, sakinlərdə nikbinlik müşahidə olunub.

"Ermənilər də bilsinlər ki, yəni biz heç nədən qorxmuruq. Torpaqlarımızı da alacağıq ey, xeyri yoxdur. Yəni özləri öz xoşları ilə çıxsınlar getsinlər", deyə Qarağacı kənd sakini Ramiz Məmmədov vurğulayıb.

Mərmilərin partlaması nəticəsində insan tələfatı qeydə alınmayıb.

Aia.az
Geri dön