Ana Sayfa > İdman > Kikboksçumuz Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazanıb

Kikboksçumuz Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazanıb


28-06-2021, 21:15. Yazar: admen
Kikboksçumuz Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazanıb

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

Aia.az-ın məlumatına görə, o, İstanbulda təşkil olunan “Akın döyüş arenası” çərçivəsində döyüşdə braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gəlib.



mazda.az

Узнать больше
“Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşma kikboksçumuzun qələbəsi ilə başa çatıb. Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən P.Abdullayevin 50-ci qələbəsi olub.
Geri dön