Ana Sayfa > İdman > "Avro-2020": Belçika 1/4 final mərhələsinə vəsiqə qazandı

"Avro-2020": Belçika 1/4 final mərhələsinə vəsiqə qazandı


28-06-2021, 07:47. Yazar: sevinc1
"Avro-2020": Belçika 1/4 final mərhələsinə vəsiqə qazandı

İyunun 27-da futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Belçika-Portuqaliya oyunu baş tutub.

Oyun Belçikanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 42-ci dəqiqədə Torqan Azar vurub.

Beləliklə, Belçika 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 1/4 final mərhələsində Belçika millisi İtaliya yığması ilə qarşılaşacaq. Oyun iyulun 2-si Münhendə keçiriləcək.

AİA.Az
Geri dön